Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər tutuldu

Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər tutuldu Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər aşkar edilib.
Hadisə
14 Aprel , 2020 13:35
Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər tutuldu

Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxil olan məlumat əsasında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Şölət Rəhimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibindən 1 ədəd sellofan torbada çəkisi 46,603 qram olan tiryək, digər cibindən isə 230 qram marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, keçirilən daha bir əməliyyat tədbirləri nəticəsində narkotik vasitələri daşımasında şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum edilmiş Alxan Ağarəhimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan da 380 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirlir.

Son xəbərlər

Orphus sistemi