Hacıqabulda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Hacıqabulda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var Hacıqabul rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.
Hadisə
2 may 2023 02:05
Hacıqabulda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var

Hacıqabul rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Padar kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” markalı nəqliyyat vasitəsilə meyvə-tərəvəz daşıyan “Ford Tranzit” markalı yük avtomobili toqquşub.

Nəticədə “Ford Tranzit”in sürücüsü, 40 yaşlı Füzuli rayon sakini Hacıyev Elşad Şirxan oğlu və onun sərnişini, 33 yaşlı Ucar rayon sakini Nuriyev Hilal Atamoğlan oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım avtomobilinin köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi