Hacıqabulda minik maşını ilə mikroavtobus toqquşub: 1 ölü, 1 yaralı

Hacıqabulda minik maşını ilə mikroavtobus toqquşub: 1 ölü, 1 yaralı Qəza zamanı daha bir nəfər xəsarət alıb
Hadisə
17 Sentyabr , 2015 23:49
Hacıqabulda minik maşını ilə mikroavtobus toqquşub: 1 ölü, 1 yaralı

Bakı. 17 sentyabr. REPORT. AZ / Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabulun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı yük maşını hərəkətdə olarkən "Ford" markalı sərnişin daşıyan mikroavtobusla toqquşub. Sürücülər xəsarətsiz ötüşsə də, "Ford"un salonundakı sərnişinlərdən biri yerindəcə dünyasını dəyişib, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələlik şəxsiyyəti məlum olmayan meyit "təcili yardım" maşını ilə Şirvan şəhərindəki morqa gətirilib. Yaralı isə Ələt qəsəbəsindəki xəstəxanaya çatdırılıb. Ölənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi