Hacıqabul rayonunda yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1990-cı iltəvəllüdlü Elvin Sayadxan oğlu Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə minik avtomobili qarşıda gedən yük maşınının arxa hissəsinə dəyib. Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı müxtəlif dərəcəli bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunması üçün tibbi-ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.