Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb

Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb Hacıqabul rayonunda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb.
Hadisə
29 Noyabr , 2019 15:34
Hacıqabulda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb

Hacıqabul rayonunda mikroavtobusda oğurluq edən keçmiş məhkum saxlanılıb.

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan Regional qrupundan bildirilib.

Belə ki, noyabrın 16-da Ağdaş rayonunun Ləki qəsəbə sakini Gülnar Mollayeva DİN-in “102 Zəng Mərkəzi” Xidməti ilə əlaqə saxlayaraq yaşadığı rayondan Bakı şəhərinə gedərkən Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus çantadan ümumi dəyəri 5000 manat olan qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov saxlanılıb. Dindirilmə zamanı H.Bəkirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi