​Hacıqabulda maşın yoldan çıxaraq aşıb, 3 nəfər xəsarət alıb

​Hacıqabulda maşın yoldan çıxaraq aşıb, 3 nəfər xəsarət alıb Qəza Bakı-Qazax magistral yolunda baş verib
Hadisə
6 May , 2016 21:19
​Hacıqabulda maşın yoldan çıxaraq aşıb, 3 nəfər xəsarət alıb

Bakı. 6 may. REPORT.AZ/ Hacıqabulda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Ağacanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarına aşıb. Nəticədə avtomobildə olan Sabirabad rayon sakinləri, 62 yaşlı Ofelya Məmməd qızı Talıbova, 34 yaşlı Ramilə Niyaməddin qızı Talıblı və 19 yaşlı Ruhiyyə Əliş qızı Nərimanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi