Hacıqabulda maşın aşıb, bir ailənin 4 üzvü xəsarət alıb - ƏLAVƏ OLUNUB

Hacıqabulda maşın aşıb, bir ailənin 4 üzvü xəsarət alıb - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Dekabr , 2018 21:55
Hacıqabulda maşın aşıb, bir ailənin 4 üzvü xəsarət alıb - ƏLAVƏ OLUNUB

Hacıqabul. 11 dekabr. REPORT.AZ/ Hacıqabul rayonunun Udulu qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun 1991-ci il təvəllüdlü Qaraçala kənd sakini Əliyev İsgəndər Məzahim oğlunun idarə etdiyi “VAZ- 21074” markalı "10-OF-694" dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb.


***

Hadisə nəticədə srücü və avtomobildə olan ailənin digər üzvləri - 1964-cü il təvəllüdlü Əliyev Səməd Bağı oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Süsən Məzahimqızı və 1991-ci il təvəllüdlü Əliyeva Hüsniyyə Balahəsən qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Ucarda dumanlı hava şəraiti qəzaya səbəb olub.

Son xəbərlər

Orphus sistemi