Bakı. 2 yanvar. REPORT.AZ/ Hacıqabul rayonunda mal-qara otaran azyaşlı çaya yıxılaraq boğulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məluamata görə, yanvarın 1-də Hacıqabul rayonunun Birinci Paşalı kənd sakini, azyaşlı Xəyyam Teymurov Pirsaat çayının sahilində mal-qara otararkən ehtiyatsızlıqdan çaya yıxılaraq boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.