Hacıqabulda koronavirus xəstəsi saxlanıldı

Hacıqabulda koronavirus xəstəsi saxlanıldı Onun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib
Hadisə
15 Aprel , 2021 10:38
Hacıqabulda koronavirus xəstəsi saxlanıldı
0 : 00
0 : 00

Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Hacıqabul rayon sakini Vüqar Cəbrayılov koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

V.Cəbrayılovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Son xəbərlər

Orphus sistemi