Hacıqabulda keçmiş məhkum evdən 2715 manatlıq məişət və geyim əşyaları oğurlayıb

Hacıqabulda keçmiş məhkum evdən 2715 manatlıq məişət və geyim əşyaları oğurlayıb Hacıqabul rayonunda evdən 2715 manatlıq məişət və geyim əşyaları oğurlanıb.
Hadisə
5 Noyabr , 2019 11:51
Hacıqabulda keçmiş məhkum evdən 2715 manatlıq məişət və geyim əşyaları oğurlayıb

Hacıqabul rayonunda evdən 2715 manatlıq məişət və geyim əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da şəhər ərazisindəki evlərin birindən 2715 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş M.Abdullayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi