Hacıqabulda keçmiş məhkum 2 ton arpa oğurlayıb

Hacıqabulda keçmiş məhkum 2 ton arpa oğurlayıb Hacıqabulda oğurluq edən şəxs saxlanılıb.
Hadisə
29 Oktyabr , 2019 10:09
Hacıqabulda keçmiş məhkum 2 ton arpa oğurlayıb

Hacıqabulda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə “Report”un Aran bürosuna DİN Mətbuat xidmətinin Şirvan şəhərində Regional qrupundan bildirilib.

Belə ki, oktyabrın 13-də Qaradağ rayon sakini Natiq Həsənov Hacıqabul Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində ona məxsus taxıl anbarından ümumi dəyəri 800 manat olan 2 ton arpanın oğurlanması ilə bağlı məlumat verib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 35 yaşlı İmran Novruzov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi