Hacıqabulda "KamAz" "VAZ-21014"-ə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB

Hacıqabulda "KamAz" "VAZ-21014"-ə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB Hacıqabul rayonunda baş verən yol qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti məlum olub.
Hadisə
4 Noyabr , 2019 00:07
Hacıqabulda KamAz VAZ-21014-ə çırpılıb, xəsarət alanlar var - YENİLƏNİB
Foto: "Report"

Hacıqabul rayonunda baş verən yol qəzasında xəsarət alanlardan birinin şəxsiyyəti məlum olub.

"Report"un Mərkəzi Aran bürosu xəbər verir ki, axşam saatlarında rayonun giriş hissəsində qeydə alınan qəza zamanı Hacıqabul rayon sakini, 1969-cu il təvəllüdlü Cavadov ilham Rəsul oğlu oğlu və 1991-ci il təvəllüdlü Hüseynov İntiqam Hasil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


*** 23:04

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAz" markalı yük avtomobili "VAZ-21014" markalı minik avtomobilinə çırpılıb. Hadisə zamanı iki nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi