Hacıqabulda "Kamaz" təkərinin partlaması nəticəsində sürücü ağır xəsarət alıb

Hacıqabulda "Kamaz" təkərinin partlaması nəticəsində sürücü ağır xəsarət alıb Hadisə o təkəri dəyişən zaman baş verib
Hadisə
10 İyun , 2017 08:37
Hacıqabulda Kamaz təkərinin partlaması nəticəsində sürücü ağır xəsarət alıb

Hacıqabul. 10 iyun. REPORT.AZ/ Hacıqabulda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qarasu və Muğan kəndi arasında qeydə alınıb.

Goranboy sakini, 27 yaşlı Aqil Münasib oğlu Həsənov idarə etdiyi “Kamaz” markalı avtomobilin təkərini dəyişmək üçün qaldırıcı krandan istifadə edib. Elə bu zaman təkər partlayıb və onun boltu zərblə sürücünün baş nahiyəsinə çırpılıb və onu ağır yaralayıb. Hadisə yerinə "təcili yardım" əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi