​Hacıqabulda iki yük maşını toqquşub, yaralanan var

​Hacıqabulda iki yük maşını toqquşub, yaralanan var Hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunda baş verib
Hadisə
17 Fevral , 2016 22:12
​Hacıqabulda iki yük maşını toqquşub, yaralanan var

Bakı. 17 fevral. REPORT.AZ/ Hacıqabulda iki yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb.

"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Hacıqabulun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı iki "KamAZ" markalı yük maşını toqquşub, nəticədə bir nəfər xəsarət alıb. Yaralı Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi