Hacıqabulda iki yük avtomobili toqquşub

Hacıqabulda iki yük avtomobili toqquşub Qəza nəticəsində bir nəfər xəsarət alıb
Hadisə
14 Oktyabr , 2018 08:19
Hacıqabulda iki yük avtomobili toqquşub

Hacıqabul. 14 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu km-də, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shacman” markalı avtomobil çırpılıb. Nəticədə “Shacman”da sıxılıb qalmış sürücü - 1984-cü il təvəllüdlü Qobustan sakini Güləliyev Uluxan Vəzir oğlu FHN-in Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməkliyi ilə çıxarılıb. Yaralı sürcü Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 13-də Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son xəbərlər

Orphus sistemi