Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var

Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var Kürdəmir. 18 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.
Hadisə
18 Avqust , 2018 10:20
Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var

Kürdəmir. 18 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.

"Report'un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-FC-868 dövlət qeydiyyat nişanlı "Shagman" markalı yük avtomobili 57-BK-324 dövlət qeydiyyat nişanlı "KamAz" markalı yük avtomobilinə, sonra isə beton maneələrə çırpılıb. Nəticədə "Shagman"ın sürücüsü 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Əhmədov Taleh Ağakərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi