Hacıqabulda iki yük avtomobili toqquşub: xəsarət alan var

Hacıqabulda iki yük avtomobili toqquşub: xəsarət alan var Sürücü Elnur Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb
Hadisə
6 Aprel , 2017 08:27
Hacıqabulda iki yük avtomobili toqquşub: xəsarət alan var
Courtesy İmage

Hacıqabul. 6 aprel. REPORT.AZ/ Hacıqabul rayonunda bir nəfərin yaralanması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nəvahi kəndi ərazisindəki "Nur" kafesinin yaxınlığında qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 34 yaşlı Elnur Elman oğlu Rüstəmovun idarə etdiyi “KaMAZ” markalı yük maşını “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə “KaMAZ” avtomobilinin sürücüsü E.Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi