Hacıqabulda iki yük avtomobili toqquşub, biri aşıb

Hacıqabulda iki yük avtomobili toqquşub, biri aşıb Hacıqabul. 20 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə
20 Oktyabr , 2018 06:43
Hacıqabulda iki yük avtomobili toqquşub, biri aşıb

Hacıqabul. 20 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 3:30 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonu, Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Beynəlxalq daşımalarla məşğul olan qoşqulu yük avtomobili arxadan mişar daşı ilə yüklənmiş "KamAZ" markalı avtomobilə çırpılıb. Nəticədə "KamAZ" yoldan çıxaraq aşıb. Onun Goranboy rayonunun Nadir kəndindən olan 1985-ci il təvəllüdlü sürücüsü Əliyev Zahir Şamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi