Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üstünə aşırıb

Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üstünə aşırıb Hacıqabul rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
Hadisə
229
11 İyun , 2021 22:57
Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üstünə aşırıb
0 : 00
0 : 00

Hacıqabul rayonunda azyaşlı ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhəri, Savalan küçəsi 10-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, 2019-cu il təvəllüdlü Əmirli Səid Seymur oğlu valideynlərinin nəzarətindən yayınaraq qaynar çaydanı üstünə aşırıb.

Nəticədə uşaq müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Azyaşlı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi