Hacıqabulda iki piyadanı avtomobil vuraraq öldürüb

Hacıqabulda iki piyadanı avtomobil vuraraq öldürüb Hadisə rayonun giriş hissəsindəki körpüdə qeydə alınıb
Hadisə
14 Sentyabr , 2017 22:03
Hacıqabulda iki piyadanı avtomobil vuraraq öldürüb

Hacıqabul. 14 sentyabr. REPORT.AZ/ Hacıqabulda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun 110-cu kilometrliyində, rayonun giriş hissəsindəki körpüdə qeydə alınıb.

Həmin körpüdə dayanan 2 piyadanı avtomobil vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçiniblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi