Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1962-ci il təvəllüdlü Abbasova Yeganə Üzeyir qızı və 1995-ci il təvəllüdlü Abbaszadə Toğrul Arzu oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.