İki ağır cinayət törədən şəxs məhkəmə qarşısına çıxarılır

İki ağır cinayət törədən şəxs məhkəmə qarşısına çıxarılır Eyni gündə iki ağır cinayət törədən Hikmət Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
22 Yanvar , 2021 10:27
İki ağır cinayət törədən şəxs məhkəmə qarşısına çıxarılır
Hikmət Fərəcov

Eyni gündə iki ağır cinayət törədən Hikmət Fərəcovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Mahmud Ağalarovun icraatındadır.

Qeyd edək ki, cinayət hadisələri ötən ilin iyul ayında baş verib.

Belə ki, iyulun 30-da saat 10.00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində 1 ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitinin aşkar olunub.

İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlı olması müəyyənləşib.

Həmçinin, elə həmin gün paytaxtın Səbail rayonu Z.Əliyeva küçəsində Masallı rayon sakinin 1999-cu il təvəllüdlü Əli Rəcəbzadəyə yaşadığı mənzildə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkldaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Əli Rəcəbzadəyə bıçaqla xəsarətlər yetirməkdə şübhəli bilinən Hacıqabul rayonu Nəvai kənd sakini Hikmət Fərəcov saxlanılıb.

Polis Bölməsində dindirilmə zamanı Hikmət Fərəcov iyulun 30-na keçən gecə Hacıqabul rayonu ərazisində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında Gülxara Qubadlını qətlə yetirdiyini də etiraf edib. Hacıqabul rayonunda hadisəni törədəndən sonra o, qadının çantasındakı pulu da götürərək Bakı şəhərinə gəlib. Bakı şəhərində isə o, sosial şəbəkələrdən birində tanış olduğu Əli Rəcəbzadənin evinə yollanıb. Hikmət Fərəcov özü ilə gətirdiyi bıçaqlda orada həmin şəxsə də xəsarətlər yetirib.

H.Fərəcov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi