Hacıqabul. 24 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda baş verən qətlin təfərrüatı məlum olub.
"Report"un Aran bürosu xəbər verir ki, rayon sakini, hadisəni törədən şəxs A.İsmayılzadə R.Məlikova ilə bir müddət sevgili olublar. Onlıarın bu münasibətindən ailələrinin də məlumatı olub. R.Məlikzadə nənəsinin evində olarkən A.İsmayılzadə onun yanına gedib və sevgilisinin mobil telefonunda yad oğlanın nömrəsini görüb. A.İsmayılzadə nömrənin kimə məxsus olduğunu və sonuncu dəfə kiminlə danışdığını soruşanda qız cavab verməyib. Aralarında mübahisə yaranıb və bu zəmində A.İsmayılzadə xalası qızı R.Məlikzadəni bıçaqlayaraq qətlə yetirib.
***4:01
Hacıqabul. 24 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda 24 yaşlı qadın xalası oğlu tərəfindən qətlə yetirilib.
"Report"un Aran bürosu xəbər verir ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rəvanə Məlikağa qızı Məlikzadə xalası oğlu tərəfindən bıçaqla boğazından kəsilərək qətlə yetirilib. Onun xalası oğlu, rayon sakini, 1994-cü il təvəllüdlü Ayəddin Telman oğlu İsmayılzadə tərəfindən qətlə yetirildiyi bildirilir. O, hadisədən sonra polisə təslim olub.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə gətirilib. Hadisənin hansı zəmində baş verməsi araşdırılır.
***3:39
Hacıqabul. 24 iyun. REPORT.AZ/ Hacıqabul rayonunda gənc qadın bıçaqlanaraq qətlə yetirilib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Muğan kəndi ərazisində baş verib.
Belə ki, hələlik adı məılum olmayan kənd sakini, gənc qadının boğazı kəsilərək qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
Əlavə məlumat veriləcək.