Hacıqabulda evdən 15 min manat pul oğurlandı

Hacıqabulda evdən 15 min manat pul oğurlandı Hacıqabul rayonunda oğurluq hadisəsi baş verib.
Hadisə
22 Yanvar , 2021 12:33
Hacıqabulda evdən 15 min manat pul oğurlandı

Hacıqabul rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-dən 18-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 15 000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Soltanov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi