Hacıqabulda ər-arvad yol qəzasına düşüb

Hacıqabulda ər-arvad yol qəzasına düşüb Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Hadisə
100
20 İyul , 2019 23:06
Hacıqabulda ər-arvad yol qəzasına düşüb

Hacıqabul rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, 1972-ci il təvəllüdlü Əsgərov Rafəddin Gülverdi oğlu avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək qəza törədib.

Nəticədə R.Əsgərov qapalı kəllə-beyin travması, həyat yoldaşı, 1977-ci il təvəllüdlü Əsgərova Ruhiyyə Aydın qızı sağ bazu sümüyünün sınığı diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. R.Əsgərovun vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi