Hacıqabulda “Chevrolet-Niva” aşıb 3 nəfər xəsarərt alıb - FOTO

Hacıqabulda “Chevrolet-Niva” aşıb 3 nəfər xəsarərt alıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
216
28 Fevral , 2017 14:57
Hacıqabulda  “Chevrolet-Niva” aşıb 3 nəfər xəsarərt alıb - FOTO

Hacıqabul. 28 fevral. REPORT.AZ/ Hacıqabul rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 113-cü kilometrliyində qeydə alınıb.

Belə ki, “Chevrolet Niva” markalı avtomobil magistralda sərt döngədə idarəetməni itirərək yoldan çxıb və dərəyə yuvarlanıb. 

Nəticədə avtomobildə olan Bakı sakinləri - 40 yaşlı Allahverdi Şahlar oğlu Behbudov, 39 yaşlı Elnur Əlioğlu Bayramov və 20 yaşlı Rahid Məzahim oğlu Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi