Hacıqabulda çayın daşması fəsadlara səbəb olub - FOTO

Hacıqabulda çayın daşması fəsadlara səbəb olub - FOTO Bir neçə fərdi yaşayış evi su altında qalıb
Hadisə
18 May , 2017 23:26
Hacıqabulda çayın daşması fəsadlara səbəb olub - FOTO
Report.az

Hacıqabul. 18 may. REPORT.AZ/ Ötən gündən yağmağa başlayan güclü yağış Pirsaatçay çayının Hacıqabul rayonunun Uduku kəndi ərazisindən keçən hissəsində suyun səviyyəsinin qalxmasına səbəb olub.

"Report”un Aran bürosu xəbər verir ki, nəticədə yaranan sel suları çayın üzərindəki körpüyə ziyan vurub, rayonun Qubalı kəndində bir neçə fərdi yaşayış evi su altında qalıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, Pirsaatçay çayının səviyyəsi aşağı düşdüyündən həyətyanı sahələrdəki sel-suları çəkilib. Ziyan dəymiş körpü isə təmir edilib. Hazırda kənddə elə bir ciddi problem yoxdur.

Son xəbərlər

Orphus sistemi