Hacıqabul. 18 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda avtomobillə vurulan piyada xəstəxanada ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, rayonun Muğan qəsəbəsində “Mercedes”markalı avtomobil tərəfindən vurulan rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında həkimlərin səyinə baxmayaraq ölüb.
A.Səfərovun Hacıqabul rayon Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsinin əməkdaşı olduğu bildirilir.
***16:48
Hacıqabul. 18 oktyabr. REPORT.AZ/ Hacıqabul rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 130-cı kilometrliyində, rayonun Muğan qəsəbəsində qeydə alınıb.
Belə ki, Mercedes”markalı avtomobil yolu keçmək istəyən rayonun Udulu qəsəbə sakini, 1950-ci il təvəllüdlü Ağacəfər Dənyar oğlu Səfərovu vurub.
Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırlırb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.