Yuxarı
    Bağlamaq

    Hacıqabulda avtomobilin vurduğu 22 yaşlı gənc dünyasını dəyişib

    Meyit Şirvan şəhər məhkəmə tibbi ekspertizasına aparılıb

    Bakı. 10 yanvar. REPORT. AZ / Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

    "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Nəvahi kəndi ərazisində qeydə alınıb. 

    Belə ki, həmin kəndin sakini, 22 yaşlı Rauf Rövşən oğlu Rəhimovu yolu keçmək istərkən "Mercedes" markalı avtomobil vurub. 

    Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan yaralı hadisə yerindəcə dünyasını dəyişib.

    Meyit daxili və xarici müayinə olunmaq üçün təcili yardım maşını ilə Şirvan şəhər məhkəmə tibbi ekspertizasına aparılıb.

    Faktla bağlı araşdırma aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi