Hacıqabulda avtomobil qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynəlabidin Tağıyev küçəsində qeydə alınıb.
Sürücü Əmiraslanov Elsəvərin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla sürücü Əzizov Hüseynağanın idarə etdiyi "Mersedes" markalı avtomaşın toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.