Hacıqabulda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

Hacıqabulda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb Hacıqabul. 31 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib.
Hadisə
31 Avqust , 2018 20:31
Hacıqabulda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

Hacıqabul. 31 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı şəhəri, Pirşağı qəsəbə sakini İlham Gündüzovun idarə etdiyi 90 DZ 654 dövlət qeydiyyat nişanlı "Nissan Sunny" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi