Hacıqabulda avtomobil dəmir lövhəyə çırpılıb, ölən var

Hacıqabulda avtomobil dəmir lövhəyə çırpılıb, ölən var Hacıqabul rayonunda yol qəzası baş verib, ölən var.
Hadisə
1 Sentyabr , 2020 00:50
Hacıqabulda avtomobil dəmir lövhəyə çırpılıb, ölən var
0 : 00
0 : 00

Hacıqabul rayonunda yol qəzası baş verib, ölən var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Navahı kəndindən keçən hissəsində qeydə alınıb.

Beləki, “VAZ 2106” markalı avtomobilin sürücüsü Sabirabad rayon Qaragünə kənd sakini,  1991-ci il təvəllüdlü Qaytaranov Orxan Yaşar oğlu həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı dəmir lövhəyə çırpılıb. Hadisə zamanı sürücü hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə FHN-nin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə İdarəsinin xüsusi riskli xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub. Sürücünün meyidi avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi