Hacıqabulda avtomobil aşıb, 4 nəfər yaralanıb

Hacıqabulda avtomobil aşıb, 4 nəfər yaralanıb Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
11 Mart , 2020 10:46
Hacıqabulda avtomobil aşıb, 4 nəfər yaralanıb

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bakı-Qazax magistral yolunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan BMW markalı avtomobilin anidən təkəri partlayıb. Nəticədə idarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Hadisə zamanı bir ailənin 3 üzvü - Bakı şəhər sakinləri Ağayarova Şirin Əhəd qızı və onun bacıları - 1961-ci il təvəllüdlü Vahidova Həqiqət, 1963-cü il təvəllüdlü Novruzova Gülcahan və qohumları - 1969-cu il təvəllüdlü Bahadurov Sərvər Sərvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi