Hacıqabulda avtomobil aşıb, 1 nəfər ölüb, 2-si yaralanıb

Hacıqabulda avtomobil aşıb, 1 nəfər ölüb, 2-si yaralanıb Hadisə rayonun Padar çölü deyilən ərazisində baş verib
Hadisə
14 Yanvar , 2017 18:03
Hacıqabulda avtomobil aşıb, 1 nəfər ölüb, 2-si yaralanıb

Hacıqabul. 14 yanvar. REPORT.AZ/ Hacıqabulda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Padar çölü deyilən ərazisində baş verib.

Bakı istiqamətində hərəkətdə olan “Pajero” markalı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılardan biri - Ağstafa rayon sakini Qabil Bayram oğlu Quliyev ağır kəllə-beyin travması ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi