Hacıqabul. 28 iyul. REPORT.AZ/ Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Meyniman kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Cəfərova Afaq İlyas qızı yolda gedərkən minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.