Hacıqabulda ailə üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Hacıqabulda ailə üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB Hacıqabulda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən qğır yol qəzası baş verib
Hadisə
299
18 May , 2021 08:15
Hacıqabulda ailə üzvləri yol qəzasına düşüb, ölən və yaralananlar var - YENİLƏNİB

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib. Qəza zamanı daha 3 nəfər - Tovuz rayon sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

08:08

Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib, daha 3 nəfər isə xəsarət alıb. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi