Hacıqabulda 76 yaşlı kişi dəm qazından zəhərlənib

Hacıqabulda 76 yaşlı kişi dəm qazından zəhərlənib Həkimlərin müdaxiləsindən sonra o, ölümdən xilas olub
Hadisə
19 Mart , 2016 22:43
Hacıqabulda 76 yaşlı kişi dəm qazından zəhərlənib

Bakı. 19 mart. REPORT.AZ/ Hacıqabulda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Hacıqabul şəhəri, Zeynalabdin Tağıyev küçəsi, 204-də qeydə alınıb.
Həmin ünvanda yaşayan 76 yaşlı Vəzir Əlisa oğlu Ələkbərov hamamda dəm qazından zəhərlənib. Vəziyyəti ağır olan V.Ələkbərov təcili yardım maşını ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra o, ölümdən xilas olub. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəsiyyəti getdikcə stabilləşir.  

Son xəbərlər

Orphus sistemi