Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var

Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.
Hadisə
20 İyul , 2021 21:40
Hacıqabulda 6 avtomobil toqquşub, xəsarət alanlar var
0 : 00
0 : 00

Hacıqabul rayonu ərazisində zəncirvari ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Atbulaq kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 6 avtomobilin toqquşması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi