Hacıqabul və Qusar sakinlərindən silah götürüldü

Hacıqabul və Qusar sakinlərindən silah götürüldü Hacıqabul və Qusar rayon sakinlərində silah aşkarlanıb
Hadisə
24 Mart , 2021 13:31
Hacıqabul və Qusar sakinlərindən silah götürüldü

Hacıqabul və Qusar rayon sakinlərində silah aşkarlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən 2-ci Udulu kənd sakini N.Yəhyayevdən müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Qusar RPŞ-nin əməkdaşları tərəfindən Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı ov tüfəngi götürülüb.

Hər iki şəxslə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi