Hacıqabul sakini velosipeddən yıxılaraq ağır xəsarət aldı

Hacıqabul sakini velosipeddən yıxılaraq ağır xəsarət aldı Hacıqabulda velosiped sürən şəxs ağır xəsarət alıb.
Hadisə
906
24 Avqust , 2020 22:28
Hacıqabul sakini velosipeddən yıxılaraq ağır xəsarət aldı

 Hacıqabulda velosiped sürən şəxs ağır xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ağacanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Bağırov Əliverdi Bilal oğlu velosipedlə hərəkətdə olarkən qəfil qarşısına azyaşlı uşaq çıxıb.

Sürət həddi çox olduğundan o, azyaşlını vurmamaq üçün istiqaməti dəyişmək istəyib. Elə bu zaman velosiped aşıb və Ə. Bağırov yerə yıxılıb. 

Ağır kəllə-beyin travması alan velosipedçi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi