Hacıkənd qəsəbəsində 15 yaşlı oğlan qayadan yıxılıb

Hacıkənd qəsəbəsində 15 yaşlı oğlan qayadan yıxılıb Gəzinti zamanı ehtiyatsızlıq edən yeniyetmə yıxılaraq xəsarət alıb
Hadisə
18 İyul , 2016 00:47
Hacıkənd qəsəbəsində 15 yaşlı oğlan qayadan yıxılıb

Bakı. 18 iyul. REPORT. AZ/Hacıkənd qəsəbəsində 15 yaşlı oğlan qayadan yıxılaraq xəsarət alıb.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanadan "Report"un Qərb bürosuna verilən məlumata görə, axşam saatlarında Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Elşad Qarayev yaralı halda xəstəxanaya gətirilib. Sol qolu qırlan və müxtəlif yara alan xəstəyə tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, o, Hacıkənd qəsəbəsində gəzintidə olarkən ehtiyatsızlıqdan ayağı sürüşərək qayadan yıxılıb.

Son xəbərlər

Orphus sistemi