Bakı. 5 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 2 otaqlı mənzildə yanğın baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanğin zamanı bina sakinlərindən 3 nəfər (2 azyaşlı) tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 23:30-da söndürülüb.