Hacı Məmmədov üzrxahlıq edərək özünü asıb

Hacı Məmmədov üzrxahlıq edərək özünü asıb Hadisə yeri prokurorluq tərəfindən tibbi ekspertin iştirakı ilə müayinə olunub
Hadisə
4 Dekabr , 2017 11:27
Hacı Məmmədov üzrxahlıq edərək özünü asıb

Bakı. 4 dekabr. REPORT.AZ/ "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə görə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov 3 dekabr 2017-ci il tarixdə  yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib".

Bu barədə "Report"a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

"Məhkum H.T.Məmmədov Penitensiar Xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində”diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.

Hadisə yeri prokurorluq tərəfindən tibbi ekspertin iştirakı ilə müayinə olunub.

Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Faktla əlaqədar Baki şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanıb, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilmiş, hazırda istintaq hərəkətləri davam etdirilir", - məlumatda əlavə olunub.

Son xəbərlər

Orphus sistemi