Bakı. 2 sentyabr.REPORT.AZ/ Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətdən Report-a verilən məlumata görə, Şəki Penitensiar müəssisəsində saxlanılan, Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilən şəxs Uğruyev İbrahim Süleyman oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Uğruyeva Nərminə Şaban qızının görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Həyata keçirilən axtarış-baxış tədbirləri zamanı qadının əl çantasının içərisində gizlədilmiş daxilində danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Həbsdəki ərinə telefon ötürmək istəyən qadın tutulub
Hadisə
2 sentyabr 2014
05:24


İngilis versiyası
Woman’s attempt to pass a phone to his sentenced husband prevented
Son xəbərlər
