Həbsdə olan "Nida"çı vəkilindən imtina edib

Həbsdə olan "Nida"çı vəkilindən imtina edib O, Elçin Sadıqova indiyə kimi göstərdiyi əməyə görə təşəkkürünü bildirib
Hadisə
2697
15 Avqust , 2014 15:19
Həbsdə olan Nidaçı vəkilindən imtina edib

Bakı. 15 avqust. REPORT.AZ/ Həbsdə olan "Nida" Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundov vəkili Elçin Sadıqovdan imtina edib. Report xəbər verir ki, bu  barədə R.Axundovun həyat yoldaşı Türkan Hüseynova məlumat verib. O bildirib ki, R.Axundov E.Sadıqovun bu müddətə qədər göstərdiyi əməyə görə təşəkkür edib: "Rəşadət Axundovla danışdım. Elçin Sadıqova indiyə kimi göstərdiyi əməyə görə təşəkkürünü bildirdi. Amma bundan sonra onun vəkilliyindən imtina etdiyini açıqladı".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşadət Axundov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi