Yuxarı
    Bağlamaq

    Həbsdə olan daha iki "Nida"çı vəkilindən imtina edib

    Nidaçı məhbuslar Rəşad Həsənov və Üzeyir Məmmədli vəkili Elçin Sadıqovdan imtina edib

    Bakı. 19 avqust. REPORT.AZ/ Nida Vətəndaş Hərəkatının (VH) daha iki üzvü - Rəşad Həsənov və Üzeyir Məmmədli vəkilindən imtina edib. 

    Report xəbər verir ki, bu barədə Nida VH məlumat yayıb. Məlumatda bildirilir ki, "Nida"çı məhbuslar Rəşad Həsənov və Üzeyir Məmmədli vəkili Elçin Sadıqovdan imtina edib: "Elçin Sadıqova indiyə qədər gördüyü işə görə təşəkkür edirik. Bundan sonra onun xidmətindən imtina edirik".

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Həsənov 7 il 6 ay, Üzeyir Məmmədli isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, bundan əvvəl "Nida" VH-nin digər üzvü - Rəşadət Axundov E.Sadıqovun vəkil xidmətlərindən imtina edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi