Gürcüstanın ÜST-nin regional direktorluğuna namizədi Azərbaycanda görüşlər keçirib

Gürcüstanın ÜST-nin regional direktorluğuna namizədi Azərbaycanda görüşlər keçirib Gürcüstanın Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktor vəzifəsinə 2020-2024-cü illər üçün namizədi Nata Menabde Azərbaycanda səfərdə olub.
Hadisə
5 Sentyabr , 2019 15:20
Gürcüstanın ÜST-nin regional direktorluğuna namizədi Azərbaycanda görüşlər keçirib

Gürcüstanın Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktor vəzifəsinə 2020-2024-cü illər üçün namizədi Nata Menabde Azərbaycanda səfərdə olub. 

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfər çərçivəsində N.Menabde Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev və Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşüb.

Görüşlərdə N.Menabde təcrübəsi və ÜST-nin gələcəyi ilə bağlı strateji baxışları barədə ətraflı danışıb.

Azərbaycan tərəfi namizədə qarşıdakı seçkilərdə uğurlar arzu edib.

Qeyd edək ki, ÜST-nin Avropa regionu üzrə direktoru vəzifəsinə seçkilər 2019-cu ilin sentyabrın 16-19-da Kopenhagen şəhərində Avropa Komitəsinin 69-cu sessiyası çərçivəsində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi