Gürcüstanın baş naziri hakim partiyanın üzvləri ilə görüşüb

Gürcüstanın baş naziri hakim partiyanın üzvləri ilə görüşüb Görüşdə hökumətin tərkibində aparılacaq struktur islahatları və kadr dəyişiklikləri müzakirə olunub
Hadisə
13 Noyabr , 2017 08:28
Gürcüstanın baş naziri hakim partiyanın üzvləri ilə görüşüb

Tbilisi. 12 noyabr. REPORT.AZ/ Bu gün axşam saatlarında Gürcüstanın baş naziri Georgi Kvirikaşvili hakim “Gürcü arzusu - demokratik Gürcüstan” partiyasının ofisində görüş keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə hökumətin tərkibində aparılacaq struktur islahatları və kadr dəyişiklikləri müzakirə olunub.

Partiyadan bildiriblər ki, baş nazir parlamentdəki çoxluğun və Siyasi Şuranın üzvlərinə nəzərdə tutulmuş dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, hökumətdəki 18 nazirlikdən 5-i ixtisara düşəcək, bir neçə nazir tutduqları vəzifədən uzaqlaşdırılacaq.

“Report”un əldə etdiyi məlumata görə, hazırki maliyyə naziri Dmitri Kumsişvili baş nazirin müavini və energetika və iqtisadiyyat naziri təyin olunacaq. “Gürcüstan Dəmir Yolları” SC-nin sədri Mamuka Bakradze isə maliyyə naziri təyin olunacaq.

Daxili işlər və elm və təhsil nazirləri vəzifələrindən kənarlaşdırılacaqlar.

Baş nazir Georgi Kvirikaşvili noyabrın 13-də nəzərdə tutulan islahatlar və kadr dəyişiklikləri barədə ictimaiyyətə məlumat verəcək.

Son xəbərlər

Orphus sistemi