Gürcüstanın azərbaycanlılar yaşayan kəndində qətl törədilib  

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində qətl törədilib   Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində qətl hadisəsi törədilib.
Hadisə
5448
7 Oktyabr , 2020 17:27
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində qətl törədilib  

Gürcüstanın Saqareco bələdiyyəsinin azərbaycanlılar yaşayan Yormuğanlı kəndində qətl hadisəsi törədilib.

“Report”un yerli bürosu xəbər verir ki, 35 yaşlı kişi ov tüfəngi ilə ölümcül yaralanıb.

Qətlin qadın tərəfindən törədildiyi bildirilir. Polis həmin şəxsi axtarır.

Hadisənin səbəbi hələ bilinmir. Hazırda kənddə ekspert-kriminalistlər işləyir.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi