Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən üç nəfər xarici ölkə vətəndaşı saxlanılıb.
Hadisə
3 İyun , 2022 11:48
Gürcüstandan Türkiyəyə qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

Gürcüstandan Türkiyəyə qanunsuz keçməyə cəhd edən 3 xarici ölkə vətəndaşı saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Sərhəd Polisindən bildirilib.

Həmin şəxslərin biri 1996-cı il təvəllüdlü Azərbaycan, ikisi isə 1990 və 1989-cu il təvəllüdlü Türkiyə vətəndaşıdır.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Gürcüstan-Türkiyə sərhədinin “Kirnati” hissəsində sərhəd-buraxılış məntəqəsindən yan keçməklə Türkiyəyə daxil olmağa çalışıblar.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Törədilmiş cinayət əməlinə görə 4 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi